2009-cu ildə fəalliyətə başlayan, mərkəzi ofisi Rumıniyanın Buxarest şəhərində yerləşən ARTFARM şirkəti Azərbaycan əczaçılıq bazarına 2017-ci ildə daxil olmuşdur.
Şirkət "Bizimlə Sağlamlığa Doğru" devizini əsas tutaraq Azərbaycan əczaçılıq bazarına yalniz beynəlxalq standartlara cavab verən istehsalçıların xüsusi laboratoriyalarda sınanılmış məhsullarını gətirərək pərakəndə satışını təşkil edir.

Şirkətimiz Avropanın tanınmış dərman istehsalçıları olan Laboratoarele Remedia (Rumıniya), Recordati (İtaliya), Laboratoarele Medica (Rumıniya), Lekam (Polşa), Biofarm (Polşa), Normon (İspaniya) kimi şirkətlərlə sıx əməkdaşlıq edir.
Məhsullarımızın mübahisəsiz keyfiyyəti, davamlı müştəri xidməti ilə yanaşı, bizə çətin və rəqabətli bazarda fəaliyyətimizə təkan verən əsas amildir. İnsanların sağlamlıq ehtiyaclarını təmin etmək üçün beynəlxalq tanınmış istehsalçıların diqqətlə seçilmiş geniş tərkibli məhsullarını onlara təqdim etmək bizim əsas vəzifəmizdir.