İmmunoArt


Tərkibi:
Arı südü 300 mq (Royal Jelly), Vitamin A 5000 BV (retinol) Vitamin E (tokoferol) 50mq, L-karnitin 20 mq (L-Carnitine), Zn 10 mq.

Xüsusiyyətləri:
İmmunoart özündə orqanizmin funksional xassələrini saxlamaga və yaxşılaşdırmaga yardım edən fəal maddələrin rasional şəklidə seçilmiş kompleksini əks etdirir.Preparatın tərkibinə daxil olan komponentlər emosional və fiziki gərginliklərə dözümlülüyü artıraraq orqanizmin həm ümumi vəziyyətinə, həm də onun orqanlarının və sistemlərinin funksiyasına xoş və effektiv təsir göstərir.
Təbii arı südü orqanizm üçün həyat əhəmiyyətli vitaminlərlə, mineral maddələr, zülal və amin turşuları ilə zəngindir.Onun istifadəsi cinsi hormonların ifrazını stimullaşdırır, kişilərdə və qadınlarda reproduktiv funksiyanı normallaşdırır, seksual aktivliyi artırır.Arı südü yuxunun normallaşmasına kömək edir, narahatlıq, həyacan hissini aradan qaldırır.İmmunomodulyasiyaedici təsirə malikdir.Arı südünün tərkibinə daxil olan kollagen dərinin qocalması və oynaqların degenarativ dəyişikllikləri ilə mübarizə aparmaga imkan verir.Minamal antibakterial təsirə malikdir.
Vitamin A görmə orqanlarına müsbət təsir göstərir.İmmun sisteminin normal fəaliyyəti üçün vacibdir və infeksiyalarla mübarizədə əhəmiyyətli rol oynayır.Bir çox dəri xəstəliklərinin müalicəsində istifadə olunur.Antioksidant və xərçəng xəstəliklərinin müalicə və profilaktikasında güclü vasitədir.Həmçinin ürək-damar xəstəliklərinin yaranması riskini azaldır.
Vitamin E güclü antioksidantdır.Hüceyrələri sərbəst radikallar tərəfindən zədələnmədən və parçalanmadan qoruyur və bununla da hüceyrənin qocolmasının ən vacib səbəblərindən birini aradan qaldırır.Qocalmanı zəiflədərək, yaşlılıq piqmentasiyasının yaranmasının qarşısını alır.A vitamininin mənimsənilməsinə şərait yaradır və onunu oksigenlə parçalanmasından müdafiə edir, trombun yaranmasının qarşısını alır. Antikanserogen təsirə malikdir.Həmçinin E vitamini damarların divarlarını aterosklerotik zədələnmələrdən qoruyur.İstər kişilərdə, istərsə də qadınlarda seksual disfunksiyanı müalicə edir.
L-karnitin mənşəcə B qrup vitaminlərinə aiddir.Metabolik proseslərin kofaktoru olub,KoA –nın metobolik aktivliyini təmin edir.Anabolik təsirə malik olmaqla, əsas mübadiləni zəiflədir,zülalların və karbohidratların parçalanmasını ləngidir.Həzm şirələrinin (mədə və bagırsaq) sekresyasını və fermentativ fəallıgını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır.Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, agır fiziki işdən sonrakı asidozu aradan qaldırır.L-karnitin qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir.Neyrotrofik təsir göstərir,apoptozun qarşısını alır, zədələnmiş zonznı məhdudlaşdırır və sinir toxumasını bərpa edir.
Zink B qrup vitaminlərin mənimsənilməsinə şərait yaradır, sümük toxumasının normal inkişafı üçün əhəmiyyətlidir, bir sıra hormonların yaranmasında iştirak edir.Sinkin bioloji rolu qanyaranma proseslərinin normallaşmasının təmin edilməsində, yaraların sagalmasında vacib rolu var.

Gösrərişlər:
-Yorgunluq halları, əqli və fiziki əmək qabiliyyətinin azalması
-Keçirilmiş infeksion xəstəliklərdən, cərrahi müdaxilələrdən, travmalardan, süa və kimya terapiyasından sonra bərpa müddəti
-Fiziki imkanların yüksəldilməsi üçün (idmançılarda)
-Klimakterik dövürdə
-Sonsuzluq (kişi və qadın)
-Potensiyanın azalması
-Oynaqların degenerativ xəstəlikləri
-Görmə qabiliyyətində pozuntular
-Xroniki xəstəliklərin müalicəsində köməkçi vasitə kimi

Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq
Hamiləlik və laktasiya dövrü

İstifadə qaydası və dozası:
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlar gündə 1-2 dəfə yeməkdən sonra təyin olunur.

Əlavə təsirləri:
Preparatı məsləhət görülən dozada istifadə etdikdə kənar təsirlər qeydə alınmamışdır.

Buraxılış forması:
20 kapsul içlik vərəqi ilə birlikdə karton qutuya yerləşdirilmişdir.

Saxlama şəraiti:
Uşaqların əli çatmayan yerlərdə 30 C-dən yuxarı olmayan temperaturda saxlamaq.Qablaşdırmada qeyd olunan istifadə müddəti bitdikdə,istifadə etməmək.

Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır

İstehsalçı:
Laboratoarele Remedia Buxarest Ruminiya

Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil