İmubest


Orqanizmin immun sistemini gücləndirən, bərpa edən və aktivləşdirən preparat

Tərkibi hər kapsulada:
Kolostrum (Colostrum).................................450 mg
Köməkçi madələr: Laktoza (Lactose monohydrate), talk (talc), maqnezium steratı (magnesium sterate), mikrokristal selüloz (microcrystallin cellulose) və koloidal silisium dioksid (colloidal silicone dioxide)
İmubest - inəyin ilkin südü əsasında hazırlanmış antioksidant, iltihabəleyhinə, mikrobəleyhinə, virusəleyhinə, antitoksik və şişəleyhinə təsirlərə malik vasitədir. Çoxsaylı təcrübələr göstərmişdir ki, kolostrum bioloji aktiv maddələrlə (antibiotik, interferon və immunqlobulinlər, immun sistemi tənzimləyən yüksək miqdarda prolinli polipeptid, insulinəbənzər hormon, qocalmanı ləngidən faktor, kortizonabənzər təsirə malik maddələr, boy faktoru, lipidlər, oliqo və polisaxaridlər, həyati əhəmiyyətli vitaminlər, makro və mikro elementlər, amin-turşular) zəngin polifonksional, çoxkomponentli substansiyadır. Kolostrumun tərkibinə müxtəlif sinifdən olan immunqlobulinlər G, A, M, F və s. həmçinin E sinfi immunqlobulinləri daxildir ki, bu da allergik reaksiyalar ilə əlaqəyə girir və orqanizmin antiallergik cavabının tənzimlənməsində iştirak edir. İmmunqlobulinlər eyni zamanda sinir hüceyrələrinin inkişafını və bərpasını, sinir sisteminin funksiyasının normallaşmasını təmin edirlər.

Göstərişləri:
Virus və bakteriya mənşəli ginekoloji infeksiyaların (ureoplazma, xlamidioz, herpes virusu) müalicəsi zamanı immun sisteminin zəifləməsinin, uzun müddətli antibakterial və kimyəvi preparatlarla müalicəsi zamanı immun sisteminin zəifləməsinin, qrip və yuxarı tənəffüs yollarının virus infeksiyalarının cərrahi əməliyyatdan sonra reabilitasiya dövrünün profilaktikası və müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyyə olunan bioloji fəallığa malik qida əlavəsi.

İstifadə qaydası:
18 yaşdan yuxarı böyüklər 1 kapsul gündə 2 dəfə qəbul edilir. Uşaqların əli çatmayan və 250C temperaturdan aşağı yerdə saxlayın. Tövsiyyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil, normal qidalanmanı əvəz etmir və xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Əks göstərişlər:
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.
Yararlılıq müddəti:
İstehsal olunduğu tarixdən 3 il
Buraxılış forması:
Kapsul № 30
İstehsalçı:
LABORATOARELE Remedia, Buxarest Rumıniya.