Deploks Forte
Tərkibi:
Ginko biloba extraktı - 80 mg
Phosphatidylcholine - 100 mg
Phosphatidylserine - 100 mg
Phosphatidylethanolamine - 50 mg
Glutamin turşusu - 60 mg
İnozitol - 10 mg
Koenzim Q10 - 15 mg
Kalsium pantotenat - 10 mg
L-Tirozin - 10 mg
L-Lizin - 5 mg
Tiamin (B1) - 2 mg
Riboflavin (B2) - 5 mg
Piridoksin hıdroxlorid (B6) - 5 mg
Siankobalamin (B12) - 1.5mkg
Fol turşusu (B9) - 200 mkg
Selen (Se) - 75 mkg
Xüsusiyyətləri:
Deploks forte - sinir sisteminə., neyrometobolik, neyroprotektor və neyrotrofik təsirli kombinəolunmuş preparatdır. Beyin toxumasının hipoksiya və toksik təsirə qarşı müqavimətini artırır. Neyronlarda anobolik prosesləri stimulə edir, nootrop, dezintoksikasiyaedici, ammonium birləşdirici təsir göstərir, oksidləşmə - bərpa prosseslərini, zülal mübadiləsini stimulə edir. Sudurga əleyhinə təsir edir. Əqli və fiziki iş qabliyyətini artırır. Beynin energetik funksiyalarını və metobolizmini yaxşılaşdırır, beyin toxumasının tənəffüs aktivliyini artırır, oksigenin və glükozanın sinir sistemi tərəfindən mənimsənilməsini və beyin qan dövranını yaxşılaşır. Preparat həm antioksidant, həm də antitoksiki təsirə malik olmaqla yanaşı psixo-emosional stres, emosional gərginlik, yuxusuzluq, sosial dezadaptasiya, vegetativ damar pozğunluqları, beynin işemik və travmatik zədələn- mələri, alkohol və narkotik vasitələrin MSS-nə toksiki təsiri fonunda yaranan ensefalopatiyalar və digər bu kimi göstəricilərdə effektiv təsirə malikdir.
Qlutamiıı turşusu - beyin hüceyrələrini zədələnmədən mühafizə edir, membranoprotektor təsiri göstərir, sinir toxumasının strukturunu bərpa edir, beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır. Baş beyində yüksək metabolik aktivlikli neyromediator rolunu oynayır, oksidləşmə-bərpa prosseslərini, zülal mübadiləsini stimulə edir. Baş beyin fosfolipidləri- neyronların regenerasiyasını, neyromediatorların (asetilxolin və s.) sintezini və mediator qovuqcuqlardan xaric olmasını, ionların hərəkətini və bioelektrik enerjinin ötürülməsində iştirak edir. Sinir hücey-rələrinin bölünməsini və böyüməsini təmin edir. Beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir, sinir hüceyrələrinin işemik fəsadlara davamlılığını artırır. Sfiqnomielin sintezində iştirak edir, hüceyrə membranının strukturunu bərpa edir. Beyin qan dövranını yaxşılaşdırır. Sinir toxumasında mübadiləni yaxşılaşdırır. Sinirlərin qoruyucu mielin qişasının əmələ gəlməsində iştirak edir.’ Nootrop, membranoprotektor, və antiaterosklerotik təsir göstərir. Qanda xolesterinin miqdarını və yağ turşularını azaldır.
Ginkgo Biloba beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək, (əsasən beyin hüceyrələrində) hüceyrələ¬rin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmlədərək, damar elastikliyini artırır.
İnositol - membran qoruyucu, antiaterosklerotik, antidepressiv, sinir toxumasının strukturunu bərpa edici təsirlərə malikdir. Koenzim Q-10 güclü antioksidantlara aiddir, ATF və bir çox kofermentlərin sintezində iştirak edən mitoxondri- yaların struktur-funksional komponentidir. Koenzim Q-10 insultdan, miokard infarktı və xroniki qan dövranının çatışmamazlığı nəticəsində yaranan hipoksik pozulmalarını aradan qaldırır. Tirozin - tirozin aminturşusu sərbəst yod ilə reaksiyaya girib, qalxaııabənzər vəzin hormonların sintez edirrlər. Tirozinin antideprissant xüsusiyyəti var. Lizin - orqanizmdə bütün zülalların tərkibinə daxildir, Kalsiumun mənimsənilməsini gücləndirir.
Tiamin (B1) orqanizmdə fosforlaşma prosesi nəticəsində kokarboksilazaya çevrilir və bir sıra ferment reaksiya¬larında koferment kimi iştirak edir. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir.
Riboflavin (B2) - mərkəzi sinir sisteminin müxtəlif funksiyalarının icrasını təmin edir. Bundan əlavə vitamin B2 zülal, lipid və karbohidrat mübadiləsində, toxuma tənəffüsündə iştirak edir.
Piridoksin (B6) - əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemi güc¬ləndirir. Sianokobalamin (B12) - hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir. Vitamin Bİ2 - nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur.
Fol turşusu (vitamin B9) qanın və immun sistemin formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu çatışmazlığı meqaloblast anemiyanın yaranmasına səbəb olur.
istifadə göstərişləri:
• Müxtəlif mənşəli ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqə¬tin pozulması, intellektualı qabiliyyətin zəifləməsi, həyacanlanma, qorxu.
• Parkinson və Alsheymer, demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya.
• Qulaq küyləri.
• Müxtəlif etiologiyalı qaraciyər serrozları. Lipid - xolisterin mübadiləsi pozğunluğu. Müxtəlif ağırlıq dərəcəsində olan qaraciyər ensefalopatiyaları.
• Aritmiya. Ateroskleroz.
• Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə.
• Yaşlanma ilə əlaqədar görmə pozğunluğu. Diabetik retinopatiya və neyropatiya.
• Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar.
•Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Aşağı ətrafların arterio və venapatiyaları, Reyno sindromu.
Dozalanma və qəbul qaydası:
Gün ərzində 1 kapsuldan 1 dəfə yemək zamanı və ya yeməkdən sonra.
Əlavə təsirləri:
Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.
Əks göstərişlər:
Hiperhəssaslıq, 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
Buraxılış forması:
Deploks forte № 30 kapsul blisterlərdə və məlumat vərəqi ilə birlikdə karton qutularda qab¬laşdırılır.
İstifadə qaydası:
18 yaşdan yuxarı böyüklər, 1 kapsul gündə 1 dəfə yeməkdən sonra 1 stəkan su ilə 6 ay ərzində daxilə qəbul olunur. Uşaqların əli çatmayan və 25C temperaturdan aşağı yerdə saxlayın. Tövsiyyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
İstehsalçı:
Laboratoarele Remedia S.R.L, Buxarest, Rumuniya.
Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil, normal qidalanmanı əvəz etmir və xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
