FerroArt



Tərkibi:
Susuz dəmir sulfat - 150 mq Fol turşusu (vitamin B9) - 0,5 mq
Askorbin turşusu (vitamin C) - 50 mq
Piridoksin hidroxlorid (B6 vitamini) - 1 mq
Sink (sulfat formasında) 110mq

Metobolik prosesləri tənzimləyən vasitələr.Anemiya əleyhinə vasitələr.Hemopoez stimulyatorları, dəmir preparatları

Xüsusiyyətləri:
Ferroart dəmir çatışmazlıgı hallarının müalicəsi üçün nəzərdə tutulan kombinə edilmiş tərkibli anemiyaəleyhinə preparatdır. Preparatın tərkibinə daxil olan dəmir sulfat (II) hemopoetik təsir edərək orqanizmdə dəmir çatışmazlıgını bərpa edir.Dəmir tərkibli metobolitlərin sintezini substrat olaraq təmin edir.
Askorbin turşusu (vitamin C) qanın laxtalanmasını, oksidləşmə-bərpa proseslərini və qanda lipidlərin miqdarını tənzimləyir.Orqanizmin müdafiə funnksiyalarını yaxşılaşdıraraq qanyaratma proseslərini, immun sistemi stimullaşdırır.
Fol turşusu (vitamin B9) qan hüceyrələrinin yenilnməsində rolu var.Müxtəlif metobolik proseslərdə iştirak edən koenzim olan tetrahidrofol turşusuna qədər orqanizmdə bərpa olur.Eritropoezi stimullaşdırır, amin turşuların, nuklein turşularının, eləcə də xolin mübadiləsində iştirak edir.
Pridoksin hidroxlorid (vitamin B6) koferment qismində aminturşularının, zülalların metobolizmində, eləcə də neyromediatorların sintezi proseslərində iştirak edir.
Sink sulfat formasında B qrup vitaminlərin mənimsənilməsinə şərait yaradır, sümük toxumasının normal inkişafı üçün əhəmiyyətlidir, bir sıra hormonların yaranmasında iştirak edir.Sinkin bioloji rolu qanyaranma proseslərinin normallaşmasının təmin edilməsində, yaraların sagalmasında vacib rolu var.

İstifadəsinə dair göstərişlər:
- dəmir çatışmazlıgı anemiyasının müalicəsi və profilaktikası;
- gizli dəmir çatışmazlıgı;
- müxtəlif təsirlərdən yaranan anemiyalar (cərrahi müdaxilə, ionlayıcı şüalanma, uzunmüddətli hemodializ və s.)
- hamiləlik və laktasiya dövrü;
- intensiv fiziki gərginlik;
- hipo və avitaminozlar

Xüsusi göstərişlər:
Dəmirin sorulmasının qarşısını aldıgına görə kapsulları qara çayla, qəhvə və ya südlə içmək məsləhət görülmür.Nəcisin rənginin tündləşməsi qalan dəmirin xaric olması ilə əlaqədardır və klinik əhəmiyyətə malik deyil.

Avtonəqliyyat və digər mexanizmlərin idarə edilməsi qabiliyyətinə təsiri:
Preparat pasiyentin psixofiziki vəziyyətində dəyişikliyə səbəb olmur,avtonəqliyyatın idarə olunması və mexanizmlərlə işləmə qabiliyyətinə təsir etmir.

Əlavə təsirlər:

Nadir allergik reaksiyalar.

İstifadə qaydası və dozası:
Preparatı birbaşa olaraq yeməkdən əvvəl qəbul edirlər.Dəmir çatışmazlıgı anemiyası olan xəstələr gündə 1 dəfə 1 kapsul, orta hesabla 3 ay ərzində (anemiyanın agırlıgından asılı olaraq) qəbul edirlər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Üzvi turşular, kalsium duzları, fosfatlar, tərkibində alüminium, magnezium, kalsium olan antasid preparatlar həll olmayan komplekslərin yaranması nəticəsində dəmirin sorulmasını pozurlar.
Fenobarbitaldan, karbamazepindən, valproat turşusundan, sulfasalazindən,fol turşusu antoqonistlərindən, trimetoprimdən, primetamindən eyni vaxtda istifadə fol turşusunun bioloji mənimsənilməsin azalda bilər.

Buraxılış forması:
Daxilə qəbul üçün sərt jelatin kapsullar 30 kapsul içlik vərəqi ilə birlikdə karton qutuda.

Saxlama şəraiti:
+25 C-dən yuxarı olmayan tempraturda, uşaqların əli çatmayan yerdə saxlamaq.

İstifadə müddəti:
İstehsal edildiyi tarixdən 3 il.

İstehsalçı:
LABORATOARELE REMEDIA, BUXAREST, RUMUNIYA

Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil.