NefroArt
Tərkibi:
Ayıqulagı - 80mq
Qargıdalı saçagı - 80mq
Mərcangilə - 80mq
Qatırquyrugu - 80mq
Qaragilə - 40mq
Zəncirotu - 40mq
Xüsusiyyətləri:
Nefroart kombinəedilmiş bitki mənşəli preparatdır.Uroseptik, spazmolitik, litolitik,diuretik, iltihab əleyhinə təsirə malikdir. Daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların mineralsızlaşmasına səbəb olur.Oksalat və urat duzlarının və xırda daşların çıxmasına kömək edir.Diurezi stimullaşdırır və sidik traktının əzələlərini yumşaldır.Preparatı uzun müddət qəbul etmək olar.
İstifadəsinə göstərişlər:
- Pielonefrit
- Sidik yollarının kəskin və xroniki infeksiyaları
- Böyrəkdaşı xəstəliyi, kristalluriya (sidik turşulu diatez, sitraturiya)
- Əməliyyatdan sonrakı dövür (həkimlə məsləhətdən sonra)
- Hipertoniya, xroniki ürək çatışmazlıgı (periferik ödemlər)
Əks göstərişlər:
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Uroartı sidikqovucu, spazmolitik və iltihabəleyhinə olan preparatlarla birlikdə qəbul edilməsi mümkündür.
İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir: Böyüklər üçün 2 kapsul 2-3 dəfə 12 yaşdan böyük uşaqlar 1 kapsuldan 2-3 dəfə.
Əlavə təsirləri:
Nadir allergik reaksiyalar
Buraxılış forması:
30 kapsul içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılıb.
Saxlanma şəraiti:
25 C-dən yüksək olan tempraturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti:
İstehsal olundugu tarixdən 3 il
Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılırİstehsalçı
İstehsalçı:
Laboratoarele Remedia, Buxarest Ruminiya
Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil
