NeuroArt
Tərkibi:
Valerian ekstraktı 200 mq
Melisa 30 mq
Nanə ekstraktı 30 mq
Şirquyruğu 20 mq
Maqnesium 200 mq
Sinir sisteminin müalicəsi məqsədilə təyin edilən preparatlar.Yuxugətirici və sedativ dərman vasitəsidir.
Xüsusiyyətləri:
Neuroart kapsulunda Pişikotu (valeriana officinalis L.), Bədrəng (Melisa officinalis L.), istiotlu nanənin quru ekstraktı (Mentha piperita), Şirquyruğu (Leonurus cardiaca) və Mg vardır.
Pişikotu ekstraktı sedativ təsirə malikdir, psixi yorgunluq və nevrasteniya üçün xarakterik olan gərginlik və əsəbiliyi azaldır, yuxusuzluq zamanı normal yuxunu bərpa edir. Spazmolitik təsir göstərir.
Nanə ekstraktı yuxuzuluqda effektlidir, həmçinin həzm yolunun saya əzələlərinə spazmolitik təsir göstərir,eyni zamanda ödqovucu və qazqovucu təsirə malikdir.
Bədrəng ekstraktı tərkibindəki efir yagları hesabına spesifik xoş iyə və dada malikdir.Bədrəngin tərkibindəki efir yagları agrını və qıcolmaları aradan qaldırır. Bu cəhətdən bədrəng spazmolitik, agrıkəsici vasitə kimi sancılarda təyin edilir.Bədrəngin efir yagları eyni zamanda sakitləşdirici təsir göstərir.
Şirquyruğu sinir sistemi xəstəliklərində stimullaşdırıcı, tonuslandırıcı və sakitləşdirici vasitə kimi istifadə olunur.Depresiyanın yüngül formalarında tətbiq olunur, həmçinin mədənin selikli qişasında əmələ gələn distrofik proseslərin sagalması üçün əlverişli şərait yaradır.
Magnezium (Mg) “Anti stress mineralı” adlanır organizmdə gedən fermentativ proseslərdə iştirak edir.Sinir və əzələ sisteminin normal fəaliyyəti üçün vacib hesab edilir. Sinir sistemində həssaslıgı azaldaraq sakitləşdirici effekt göstərir.
İstifadəsinə göstərişlər:
Neuroart sakitləşdirici vasitə kimi təyin edilir:
- Sinir sisteminin gərginliyi
- Əsəbilik
- Qorxu və həyacan hissi, ruh düşkünlüyü
- Yuxu pozgunlugu, yuxusuzluq
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
18 yaşa qədər uşaqlara preparatın təyini məsləhət görülmür.
Xüsusi göstərişlər:
Neuroart preparatını təyin edilmə müddətinə məhdudiyyət qoyulmur.Preparatın qəbulu dayandırıldıqda “kəsilmə sindromu” yaranmır.
Digər qida əlavələri ilə qarşılıqlı təsiri
Mərkəzi sinir sisteminə tormozlayıcı təsir göstərən dərman preparatları ilə eyni zamanda təyin etdikdə Neuroart preparatı onların təsirini gücləndirir.
İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar gündə 2-3 dəfə 1-2 kapsul qəbul edirlər
Əlavə təsirləri
Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
Buraxılış forması
30 kapsul içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-25 C yüksək olmayan tempraturada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı:
Laboratoarele Remedia, Buxarest, Ruminiya.
Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil
