NormoVit - B


Tərkibi:
B1 (Thiamin) - 3 mg
B2 (Riboflavin) - 5 mg
B6 (Pyridoxinum) - 5 mg
B12 (Cyanocobalamin) - 5 mcg
PP (Ac.Nicodinicum) - 25 mg
B9 (Ac.Folicum) - 500 mcg

Xüsusiyyətləri
Vitamin B1 aminturşu və karbohidrat mübadiləsində iştirak edir. İmmun sistemi, sinir sistemini və əzələ sistemini möhkəmləndirir. Ürək və damarların zədələnməsini azaldır. Mədə, bagırsaq və qaraciyərin işini yaxşılaşdırır.
Vitamin B2 insan orqanizmi üçün çox əhəmiyyətli vitaminlərdən biridir. Onun çatışmamazlığı saça, dəriyə, dırnağa təsir edir. Bir çox biokimyəvi reaksiyalarda iştirak edərək zədələnmiş toxumaların bərpasını yaxşılaşdırır. Gözün torlu qişasını günəş şüalarının zərərli təsirindən qoruyur. Vitamin B6 immuniteti möhkəmləndirir, qanyaranma prosesində iştirak edir, ürək və damarların işini yaxşılaşdırır. Bununla yanaşı beyin faliyyətini gücləndirir, yaddaşı yaxşılaşdırır, aterosklerozun, infarktın, insultun baş vermə riskini azaldır.
Vitamin B12 hüceyrələrin bölünməsində, sinir hüceyrələrinin mielin qişasının əmələ gəlməsində, imunitetdə, dəri və bağırsaq epitelinin formalaşmasında iştirak edir. Həzm sisteminin işini yaxşılaşdırmaqla yanaşı, qaraciyərin normal fəaliyyəti üçün əvəzedilməzdir. Fol turşusu ilə birlikdə karbohidrat və piy mübadiləsində, həmçinin qanyaranma prosesində iştirak edir. Hər iki vitamin birlikdə genetik informasiyaların ötürücüsü olan nuklein turşuların sintezində iştirak edir.
Vitamin PP karbohidrat və yağların parçalanmasında, bir sıra hormonların (insulin, kortizon, tiroksin, estrogen, progesteron, testesteron) sintezində iştirak edir. Qanın qatılığını, xolesterin və triqliseridlərin miqdarını azaldır. Ürək, damarlar, qaraciyər, mədəaltı vəzin işinə müsbət təsiri ilə yanaşı mədə şirəsini də artırır. Vitamin B9 (fol turşusu) qanyaranma prosesində, eritrositlərin əmələ gəlmsində və hemoqlobinin sintezində iştirak edir.

İstifadə qaydası:
18 yaşdan yuxarı böyüklər 1 həb gündə 1 dəfə, yeməkdən sonra daxilə qəbul edilir. Uşaqların əli çatmayan və 25C temperaturdan aşağı yerdə saxlayın. Tövsiyyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil, normal qidalanmanı əvəz etmir və xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Əks göstərişlər:
Mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşməsi, hər hansı komponentə qarşı hıperhəssaslıq.

Yararlılıq müddəti:
İstehsal olunduğu tarixdən 3 il

Buraxılış forması:
Kapsula № 30

Saxlanma şəraiti:
25C-dən yüksək olan tempraturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

Istehsalçı:
S.C. Laboratoarele Remedia SRL. Buxarest, Rumıniya