Protenol Forte


Tərkibi: hər kapsulada
Vitamin E - 150 BV
Vitamin A - 1000 BV

Xüsusiyyətləri:
Protenol Forte əsasən lipidlərin peroksidləşməsini tormozlamaqla orqanizmdə sərbəst radikalların miqdarını azaldır, güclü antioksidant təsir göstərir. Membran fosfolipidlərinin peroksidləşməsinin qarşısını almaqla hüceyrələrə membranstabilləşdirici təsir göstərir, toxuma tənəffüsünü yaxşılaşdırır. Protenol Forte qadınlarda prgesteronun sintezini stimullaşdırmaqla endometriumun qalınlaşmasını təmin edir, menstruasiyanı normallaşdırır. Hamiləlik zamanı uşaqlığın yığılmasını zəiflədir və böyüməsini təmin edir. Protenol Forte toxum kanalının, yumurtalıqların və plasentanın fəaliyyətini normallaşdırmaqla reproduktiv funksiyaları yaxşılaşdırır. Bundan əlavə, Protenol Forte zülalların və yağların mənimsənilməsini sürətləndirir, vitamin A-nın qaraciyərdə toplanmasını təmin edir.
Protenol Forte miokardda ateroskleroz nəticəsində yarana biləcək işemiyanın və degenerativ dəyişikliklərin qarşısını alır, antioksidant və membranstabilləşdirici xüsusiyyətlərinə görə kardiomiostlərin işemiyaya davamlılığını artırır.
Protenol Forte eyni zamanda güclü antioksidant təsirinə görə sinir hüceyrələrini sərbəst radikalların zərərli təsirindən nanomalekulyar səviyyədə qorumaqla güclü neyroprotektiv təsir göstərir.

Göstərişləri:
- Ürəyin və beyinin işemik profilaktikası, ateroskleroz
- Əzələ və sinir sistemində maddələr mübadiləsini tənzimləyir
- Qadınlarda menustrasiyanın pozulması.
- Cinsiyyət vəzilərinin funksiyalarının pozulmas, kişi sonsuzlugunda
- Dermatomiozit, müxtəlif dermatozlar, psoryaz.
- Vitamin E hipovitaminozu. Vitamin E-ə tələbatın artdığı hallar.

Əlavə təsirləri:
Nadir hallarda allergik reaksiyalar, dispepsiya.

Əks göstərişləri:
Preparata qarşı yüksək həssaslıq.

İstifadə qaydası:
18 yaşdan yuxarı böyüklər 1 həb gündə 1 dəfə, yeməkdən sonra daxilə qəbul edilir. Uşaqların əli çatmayan və 25C temperaturdan aşağı yerdə saxlayın. Tövsiyyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil, normal qidalanmanı əvəz etmir və xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Buraxılış forması:
Protenol Forte № 30 kapsul.

İstehsalçı:
Laboratoarele Remedia Buxarest Rumıniya.