TonikArt


Tərkibi: 10 ml flakonda:
L-Carnitine-500 mq
Coenzyme Q10-30 mq

Xüsusiyyətləri:
L-karnitin - B qrupu vitaminlərə bənzər quruluşa malik bir maddədir. Asetil –CoA əmələ gəlməsinə səbəb olaraq, uzun zəncirli yağ turşularının mitoxondiri daxilinə keçərək oksidləşməsini asanlaşdırır. Quruluşunda üç labil metil qrupunun olması hesabına yağ depolarından yağları mobilləşdirir. Eyni zamanda digər zəruri maddələrin mübadiləsində iştirak edir. L-karnitin antioksidant xüsusiyyətlərə malik olub sinir hüceyrələrinin dözümlülüyünü artırır, qaraciyər və böyrəkləri dərman preparatlarının zərərli təsirindən qoruyur. L-karnitin neyrotrofik xüsusiyyətlərə malikdir, apaptozun qarşısını alır, zədə sahəsini məhdudlaşdırır və sinir toxumasının quruluşunun bərpa edir. Toksik maddələrin toplanmasının qarşısını alır, beləki bu maddələrin xaric olmasını təmin edir. L-karnitin qanda xolesterin və triqliseridlərin miqdarının azalmasında zəruri rol oynayır, ürək fəaliyyətini yaxşılaşdırır. Zülal və karbohidrat mübadiləsini normallaşdırır, hipertireoz zamanı, qismən trioksin antoqonisti olaraq əsas mübadiləni yaxşılaşdırır, qanın qələvi ehtiyyatlarını bərpa edir, aneorob qlikolizin və keton turşularının yaranmasının qarşısını alır, fiziki məşgələlərdən sonra bərpa müddətini qısaldır, qaraciyər və əzələlərdə qlikogen ehtiyatlarını artırır və qənaətli istifadəsini təmin edir.

Həzm şirələrinin sekresiyasını və fermentativ aktivliyi qaldırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, iştahanı artırır. Fiziki işə dözümlülük səviyyəsini artırır, laktat-asidozu azaldır, fiziki yükdən sonra iş qabiliyyətini bərpa edir.

Hemodializdə olan terminal böyrək çatışmazlığı ilə təyinatı L-karnitinin plazma konsentrasiyasını artırır və metobolizm pozgunluqları ilə əlaqədar klinik siptomları aradan qaldırır.

Coenzyme Q10 - güclü antioksidantlara aiddir, ATF və bir çox kofermentlərin sintezində iştirak edən mitixondiryaların sturuktur-funksional komponentidir.Yağ turşularının mitixondiriyə daşınmasında iştirak edərək orqanizmi enerjiylə təmin edir. ATF-dən enerji əmələ gətirməklə aerob hüceyrə tənəffüsündə iştirak edir. Statinlərin və xərçəng əleyhinə olan dərman preparatlarının yan təsirlərini azaldır. Koenzim Q-10 insultdan, miokard infarktı və xronik qan dövranı çatışmazlığı nəticəsində yaranan hipoksik pozulmaları aradan qaldırır.

Göstərişləri:
-Ürək –damar sistemi
-Qaraciyər və böyrək
-Nevroloji pozğunluqlar
-Fiziki yorğunluq, iştahanın azalması
-Mədə- bağırsaq və maddələr mübadiləsi pozğunluqları
-Kişilərdə sonsuzluq
-Tərkibində karnitin və onun prekursorları az miqdarda olan pəhrizlər zamanı
-Ağır fiziki işlə məşğul olan insanlar

Əks göstərişləri:
Preparatın tərkibində olan hər hansı komponentə qarşı həssaslıq

Xüsusi göstərişlər:
L-karnitinin insulin və digər hipoglikemik preparatlarla birgə təyinatı hipoglikemiyanın əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də qlükozanını miqdarı müntəzəm yoxlanmalıdır. Doza həddi aşılarsa dispeptik pozğunluqlar və allergik reaksiyalar müşahidə oluna bilər.

Istifadə qaydası:
18 yaşdan yuxarı böyüklər, 1 flakon gündə 1 dəfə yeməkdən sonra 1 stəkan su ilə 6 ay ərzində daxilə qəbul olunur. Uşaqların əli çatmayan və 25C temperaturdan aşağı yerdə saxlayın. Tövsiyyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Bu bir bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi dərman vasitəsi deyil, normal qidalanmanı əvəz etmir və xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Buraxılış forması:
Tonikart 10 ml şüşə flakonlarda

İstehsalçı:
Laboratoarele Remedia SRL, Buxarest, Rumıniya.